AZ

 Qaranlıqdan işığa...

 Azərbaycanın bir çox şairi, yazıçısı, alimi, filosofu Sovet dönəmindən xalq düşməni kimi cəmiyyətə çatdırılıb. Amma bu " xalq düşmənləri"  vətənini , millətini hamıdan çox istəyiblər. Onlar xalqda milli şüuru, milli düçüncəni  yaratmaq istəyiblər.

Hüseyn Cavid də belə olub, Mikayıl Müşfiq də belə olub , Əhməd Cavad da belə olub, Əhməd Ağaoğlu da belə olub... Onlara üsünü qara buludlar nə qədər alsa da , onlara nə qədər böhtan atılsa da , axırda gün işığı kimi çaxaraq millətin düsüncəsini, təfəkkürünü və həyatını işıqlandırıblar!  

Filologiya elmləri doktoru, professor Şahbaz Şamıoğlu ( Musayev)  böyük Azərbaycan ziyalısı, görkəmli yazıçı- mütəfəkkir , millətinə  və xalqına son nəfəsinə qədər sadiq olan Əhməd Ağaoğlu barəsində  çox mükkəməl elmi monoqrafiya hazırlayaraq  nəşr etdirib. Kitab belə adlanır:" Əhməd Ağaoğlu həyatı , mühiti, nəsri və epistolyar  irsi". Kitab " Elm və təhsil" nəşriyyatı tərəfindən  çap edilib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Nikpur  Cabbarlı, rəyçilər filologiya elmləri doktoru Abid Tahirli , filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır!  Monoqrafiyanın birinci  fəslində görkəmli mühacir, yazıçı- mütəfəkkir  Əhməd  Ağaoğlunun  həyatı və mühiti , ikinci fəslində  bədii - fəlsəfi, üçüncü  fəslində  bədii - sənədli nəsri, dördüncü  fəslində  Eliş toylar irsi tədqiq olunmuşdur. Kitabda bir epizoda diqqət yetirək:" Əhməd Ağaoğlu Azərbaycan ədəbi- mədəni, elmi- fəlsəfi, içtimai - siyasi fikir tarixinin  təkrarsız nümayəndələrindəndir.

O, 19- cu əsrdə  Avropa təhsili görmüş  çox az sayda ziyalılardan , geniş elmi biliyə  və zəngin dünyagörüşə malik yazıçı-  mütəfəkkirlərdəndir. Şərq və  Qərb mədəniyyətinə dərindən bələd olan Ə. Ağaoğlu zəngin yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə  yalnız vətəni Azərbaycana və ikinci vətəni  Türkiyəyə deyil, bütöv  türk- islam  aləminə  layiqli xidmət göstərmiş,  böyük bir coğrafiyada  yaşayan türklərin  müasirləşməsi,  sivil dünya xalqları  səviyyəsinə  qalxması ücün  əlindən gələni etmiş, eyni zamanda  türkün  şanlı  tarixinin  öyrənilməsi və təbliği istiqamətində yorulmadan çalışmışdır..."      

Kitab ədəbi - elmi ictimaiyyət,  filoloji  ixtisaslar üzrə təhsil alanlar üçün  nəzərdə  tutulmuşdur!

Emil FAİQOĞLU    

Seçilən
19
adalet.az

1Mənbələr