Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlarımız üçün aşağıdakı xidmətlər göstəriləcək.
Newscenter.az ASAN Xidmətə istinadən xəbər verir ki, vətəndaşlar aşağıdakı xidmətlərdən yararlana biləcəklər.
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Məhkumluq barədə arayışların verilməsi.
Müraciət qaydası:
Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır:
appointment.mfa.gov.az/az
Portalda Səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd edilməlidir.
Ruhiyyə Mehdiyeva