Səyyar ASAN xidmət Tbilisidə xidmət göstərəcək.
Bu barədə XQ-yə ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan vətəndaşları üçün aşağıdakı xidmətlər göstəriləcək:
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Məhkumluq barədə arayışların verilməsi.
Qeyd olunub ki, xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır.