EN

Speys TV-yə yeni direktor təyin edildi

Ayaz Mustafayev “Speys” televiziyasına direktor təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya “Spes” televiziyasından məlumat verilib. Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Chosen
3
8
buta.tv

10Sources