AZ

“Space”in yeni rəhbəri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, “Space” televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

 

Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb.

 

O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

 

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Tarix: 4 May 2026, 16:40   
Seçilən
36
7
pravda.az

10Mənbələr