EN

Trampı təhdid etdilər: “ABŞ ordusu da daxil olmaqla...”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Trampın “Azadlıq layihəsi” (“Project Freedom”) adını verdiyi və Hörmüz boğazından keçmək istəyən gəmilərə müşayiət etmə qərarından sonra İrandan təhdid gəlib.

“Cebheinfo.az” Haberler.com-a istinadən xəbər verir ki, Tehran hökumətindən verilən açıqlamada bildirilir ki, ABŞ ordusu da daxil olmaqla, hər hansı xarici hərbi qüvvə boğaza yaxınlaşmağa və ya daxil olmağa cəhd edərsə, hücuma məruz qalacaq.

Qeyd edək ki, Trampın elan etdiyi layihə çərçivəsində ABŞ donanmasının Hörmüz boğazından keçən xarici gəmilərin təhlükəsizliyini təmin etmək üçün aktiv rol oynayacağı bildirilib. Bu təşəbbüs bölgədə artan təhlükəsizlik riskləri səbəbilə həyata keçirilir.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
cebheinfo.az

2Sources