Cari ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb.
Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Xidmət rəisinin sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub.