Cari ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub.
Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb.
Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Xidmət rəisinin sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub.