EN

İmişli dən Jorj Kaşkilyanın gələcəyi ilə bağlı açıqlama

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İmişli"dən Jorj Kaşkilyanın gələcəyi ilə bağlı açıqlama

"Baş məşqçi Jorj Kaşkilya ilə müqaviləmiz mövsümün sonunadək qüvvədədir və o, hazırda komandamızda fəaliyyətini uğurla davam etdirir".

Bu sözləri QOL.az saytına açıqlamasında "İmişli"nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.

Klub rəsmisi komandanın baş məşqçisi Jorj Kaşkilyanın gələcəyi haqda danışıb. O, portuqaliyalı mütəxəssislə bağlı yekun qərarın cari mövsüm başa çatdıqdan sonra veriləəyini söyləyib:

"Klub olaraq bu mövsüm üçün müəyyən edilmiş hədəflərimiz var və əsas diqqətimiz baş məşqçi ilə birlikdə həmin məqsədlərə nail olmağa yönəlib.

Müqavilənin gələcək perspektivlərinə gəldikdə, çempionat hazırda davam edir. Bu səbəbdən məsələ qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında mövsüm başa çatdıqdan sonra dəyərləndiriləcək və yekun qərar qəbul edilərək ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq".

Qeyd edək ki, J.Kaşkilya ötən ilin iyul ayından "İmişli"ni çalışdırır. Hazırda onun komandası Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla 9-cudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
4
qol.az

5Sources