AZ

Kaşkilya “İmişli”dən gedir? – AÇIQLAMA

“Baş məşqçi Jorj Kaşkilya ilə müqaviləmiz mövsümün sonunadək qüvvədədir və o, hazırda komandamızda fəaliyyətini uğurla davam etdirir”.

Msport.az xəbər verir ki, bu barədə “İmişli”dən məlumat verilib.

Mövsümün sonunda portuqaliyalı mütəxəssislə yolların ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib:

“Klub olaraq bu mövsüm üçün müəyyən edilmiş hədəflərimiz var və əsas diqqətimiz baş məşqçi ilə birlikdə həmin məqsədlərə nail olmağa yönəlib. Müqavilənin gələcək perspektivlərinə gəldikdə, çempionat hazırda davam edir. Bu səbəbdən məsələ qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında mövsüm başa çatdıqdan sonra dəyərləndiriləcək və yekun qərar qəbul edilərək ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq”.

Qeyd edək ki, Kaşkilya ötən ilin iyul ayından “İmişli”ni çalışdırır. Hazırda onun komandası Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla 9-cudur. Qol.az

Seçilən
0
4
msport.az

5Mənbələr