ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirə” evdə “Qəbələ” ilə qarşılaşıb. Görüş ev sahibi komandanın minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Bakı təmsilçisinin qolunu 78-ci dəqiqədə Junior Martins vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Qəbələ" isə 11-ci sırada qalıb.
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.