EN

"Hər şey bizdən asılı deyil, amma üzərimizə düşəni edəcəyik" - "Neftçi"nin legioneri

"Neftçi"nin hücumçusu Alessio Kurçi Sportal.az saytına Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış "Qarabağ"la görüşündə qalib gəlməsi haqda açıqlama verib.

Lüksemburqlu forvardın fikirlərinə görə, "Neftçi" avrokuboklar uğrunda sona qədər mübarizə aparacaq:

"Vacib qələbə qazandıq. Bu, xüsusilə "Qarabağ"a əvvəlki məğlubiyyətimizdən (1:5) sonra vacib idi. Hazırda dördüncü pillədəyik, hələ qarşıda dörd tur qalıb. Məqsədimiz qarşıdakı turda "Karvan-Yevlax" komandasını məğlub etməkdir. Ancaq bu, çətin olacaq, çünki süni örtükdə oynamalı olacağıq. Belə meydançada oynamaq çətindir. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq.

Əlbəttə ki, hər şey bizdən asılı deyil. Hər şey kubokun qalibi tərəfindən müəyyən ediləcək. Amma bunun üçün Premyer Liqada dörd dəfə qalib gəlməliyik. Biz öz üzərimizə düşəni etmək üçün bütün gücümüzü meydanda qoyacağıq".

 

saytlarin hazirlanmasi

Chosen
8
50
sportal.az

10Sources