AZ

"Qarabağ" ÇL-də çox güc sərf etdi, amma bu, "Sabah"ın çempion olmasına kölgə salmamalıdır" - MÜSAHİBƏ

"Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib.

- "Sabah" çempionluğunu artıq rəsmiləşdirdi. Sən də mövsümün gedişində buna inananlardan idin. "Sabah"ın çempionluğu haqda fikrin necədir?

- "Sabah"ın sərgilədiyi futbol bunu deməyə əsas verirdi. Fikrimcə onlar buna layiq idilər. Çox gözəl mövsüm keçirdilər. İstər oynadıqları futbol ilə istərsə də, komanda baxımından gözəl mövsüm keçirdilər.

- "Sabah" Çempionlar Liqasında iştirak edəcək. Onlar Çempionlar Liqasında "Qarabağ" qədər uğurlu ola bilər, yoxsa buna illər və onun gətirəcəyi təcrübə lazımdır?

- ⁠Sözsüz ki, ilk iştirakı olaraq təcrübəsiz olacaqlar. Amma komanda ruhu belə davam etsə, inanaıram ki, Çempionlar Liqasında layiqli mübarizə aparacaqlar.

- "Sabah" uzun illərdən sonra "Qarabağ"ın dominantlığına son qoydu. Bundan sonra "Sabah"ın dominantlığı başlaya bilər?

- ⁠Əslində, bu cür güclü rəqiblərin olmağı bütün kubların inkişafına gətirib çıxarır. Çempionatımızın səviyyəsi yüksəlir. Hər şey ola bilər. Əsas odur ki, klubda inkişaf var.

- Komandanın bu mövsümü çempion kimi başa vurmasında əsas açar rolu nə oynadı? "Qarabağ"ın Çempionlar Liqasında daha uzun yol qət etməsi, güc sərf etməsi burada öz təsirini göstərdi?

- Ümumi götürsək, "Sabah" bu mövsüm möhtəşəm performans göstərdi. Burada klubun əməyi danılmazdı. Bəli, "Qarabağ"ın Çempionlar Liqasında oynamasına görə çox güc sərf etdi. Amma bu, "Sabah"ın çempion olmasına kölgə salmamalıdır. Elə olsaydı, başqa klublar da bundan istifadə etməli idi. Lakin "Sabah" çempionata maksimum nəticə ilə davam edib və sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi.

- "Sabah"ın güclənməsi üçün yayda çox transferə ehtiyac var, yoxsa indiki heyətini qoruyub-saxlaya bilsələr, yetərlidir?Daha çox hansı mövqeləri gücləndirməlidri?

- Ən əsası indiki heyəti mütləq qorumaq lazımdır. Təbii ki, əlavə də olaraq güclənməlidir. Biz bu gün Çempionlar Liqasından danışırıqsa, mütləq ki, əlavə güc lazımdı. Çünki yeni oyunçuların adaptasiya olmasına vaxt gedəcək. Bu da ziyanına işləyə bilər.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
18
50
sportal.az

10Mənbələr