EN

İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib

İran

İran ABŞ-a təqdim etdiyi yeni sənəddə 30 gün ərzində hərbi əməliyyatların dayandırılması, blokadanın ləğv edilməsi və Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə etməyi təklif edib.

“Axios”-un yaydığı məlumata görə, Tehran bundan əlavə nüvə proqramı ilə bağlı danışıqlar üçün də bir ay vaxt istəyib.

Portala məlumat verən mənbələrin bildirdiyinə görə, Vaşinqton İran tərəfindən təqdim olunan 14 maddəlik çərçivə razılaşması təklifini alıb. Yeni sənəddə bir ay müddətində razılaşma əldə olunması planlaşdırılır və həmin razılaşma Hörmüz boğazının açılmasını, ABŞ tərəfindən dəniz blokadasının dayandırılmasını, həmçinin İran və Livanda müharibənin tam başa çatmasını nəzərdə tutur.

Chosen
33
50
xalqcebhesi.az

10Sources