AZ

Trampdan İrana sərt mesaj: Bədəl ödəmədilər

Trampdan İrana sərt mesaj: Bədəl ödəmədilər

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-a təqdim etdiyi yeni sülh planını araşdıracağını, lakin buna müsbət baxmadığını bildirib.

AFN.az xəbər verir ki, Tramp İranın son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər böyük bir bədəl ödəmədiyini qeyd edib.

ABŞ Prezidenti bu barədə özünə məxsus "Truth Social" sosial media platformasındakı hesabında paylaşım edib. "İranın bizə yeni göndərdiyi planı yaxın vaxtlarda nəzərdən keçirəcəyəm" deyən Tramp mövcud şərtləri nəzərə aldıqda bu planın qəbul edilə biləcəyini düşünmədiyini vurğulayıb.

İranın rəsmi xəbər agentliyi IRNA isə Tehranın ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistan rəhbərliyinə müharibəni dayandıra biləcək yeni saziş təklifi təqdim etdiyini açıqlayıb. Agentliyin məlumatına görə, İran aprelin 30-u, cümə axşamı axşam saatlarında yekun danışıqlar layihəsinin mətnini Pakistana çatdırıb.

Seçilən
29
30
afn.az

10Mənbələr