EN

Tramp Almaniyadan çıxarılan hərbçilərin sayının artacağını açıqladı

BAKI, 3 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin xaricdə yerləşən hərbi qüvvələrinin sayının Almaniyadan çıxarılan 5 min nəfərlə məhdudlaşmayacağını, daha geniş ixtisarların planlaşdırıldığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatının Vest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı açıqlama verib.

Tramp qeyd edib ki, ABŞ xaricdəki hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

“Biz ciddi şəkildə ixtisar edəcəyik və bu, 5 mindən xeyli çox olacaq”, – deyə o bildirib.

ABŞ lideri bu fikirləri Pentaqonun Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması ilə bağlı qərarını şərh edərkən səsləndirib.

Chosen
90
8
teleqraf.com

10Sources