AZ

Tramp ilkin mərhələdə Almaniyadan 5 mindən çox əsgərlərin çıxarılacağını açıqladı...



ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşdirilmiş hərbçilərin sayını əhəmiyyətli dərəcədə azaldılacağını və bu, ilkin mərhələdə çıxarılacaq əsgərlərin sayının 5 mindən xeyli çox olacağını deyib.

ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşdirilmiş hərbçilərin sayını əhəmiyyətli dərəcədə azaldılacağını və bu, ilkin mərhələdə çıxarılacaq əsgərlərin sayının 5mindən xeyli çox olacağını deyib.

“Biz əhəmiyyətli dərəcədə azaldırıq və bu azalma 5000 hərbçidən daha çox olacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp və Almaniya kansleri Merts arasında İranla davam edən müharibə ilə bağlı gərginlik artıb. Almaniya kansleri tələbələrlə görüşdə qeyd edib ki, “amerikalıların heç bir strategiyası yoxdur”, buna cavab olaraq Tramp Mertsi “dəhşətli” adlandırıb və onun “heç nə başa düşmədiyini” deyib.

Hazırda Avropada ən böyük ABŞ kontingenti olan Almaniyada 36 mindən çox Amerika hərbçisi xidmət edir.

Tahir TAĞIYEV

Seçilən
32
8
baki-xeber.com

10Mənbələr