Bu gündən Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır.BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov X hesabında paylaşım edib. Səfir qeyd edib ki, "Airblue" şirkətinin Bakı–Lahor arasında ilk birbaşa uçuşlarının həyata keçirilməsi ilə Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub: "Bu yeniliklə Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır".