

Müəllif
İlhamə Vəliqızı
Bu gündən Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır.Ulusum.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov "X" hesabında paylaşım edib.Səfir qeyd edib ki, "Airblue" şirkətinin Bakı–Lahor arasında ilk birbaşa uçuşlarının həyata keçirilməsi ilə Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub:"Bu yeniliklə Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır", - deyə o bildirib.Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Lahordan Bakıya birbaşa uçuşlara başladığını bildirmişdi.
Diqqət Çəkənlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Xəzərdə zəlzələ olub
Diplomatik korpusun nümayəndələri Laçında