ABŞ Almaniyadakı hərbi kontingentini azaltmaq qərarı verib.
Musavat.com xəbər verir ki, ABŞ-nin müharibə naziri Pit Heqset bu prosesin 6–12 ay ərzində başa çatdırılması barədə göstəriş verib.
Məlumata görə, ümumilikdə 5 min amerikalı hərbçi Almaniyadan çıxarılacaq. Qərar ABŞ-nin Avropadakı hərbi mövcudluğunun yenidən qiymətləndirilməsi çərçivəsində verilib.
Aprelin 30-da ABŞ prezidenti Donald Tramp da Almaniyadakı hərbi kontingentin azaldılması ehtimalını gündəmə gətirmişdi. O, eyni zamanda Almaniya kansleri Fridrix Merz haqqında tənqidi fikirlər səsləndirərək, onun ölkəni effektiv idarə edə bilmədiyini bildirib.
Trampın sözlərinə görə, Almaniya hazırda bir sıra problemlərlə, o cümlədən Ukrayna ilə bağlı çətinliklərlə üz-üzədir.
Musavat.com