EN

“Prezident kuboku 2026”da daha 4 medal

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Azərbaycan Su İdmanı Növləri Federasiyasından verilən məlumata görə, idmançılarımız turnirin ikinci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medala layiq görülüblər.

Akademik avarçəkmədə 2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub. Birnəfərlik kayakda 500 metr məsafədə 2008–2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010–2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub. Niyaz Məlikov - İvan Vorobjanski 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, “Prezident kuboku 2026” reqatasına bu gün yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
29
12
xalqqazeti.az

10Sources