AZ

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdu

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatıb.

Publika.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən son yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.

İkinəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb.

Eyni yürüşdə Niyaz Məlikov - İvan Vorobyanski cütü ikinci yer tutub. Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər.

Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Seçilən
0
11
publika.az

10Mənbələr