EN

Putin Trampa Ukraynada atəşkəsə hazır olduğunu dedi...



Rusiya Prezidenti Putinlə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olub. Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, telefon danışığı bir saat yarımdan çox davam edib.

Uşakov qeyd edib ki, Putin Trampa İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Ukraynada atəşkəs elan etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, danışıq zamanı Putin Trampa qarşı sui-qəsd cəhdini pisləyib və ona dəstəyini ifadə edib. O, həmçinin ABŞ liderinin İranla bağlı atəşkəs rejimini uzatmaq qərarını düzgün hesab etdiyini bildirib, ABŞ-nin bu ölkəyə qarşı quru əməliyyatı keçirmək planını isə təhlükəli adlandırıb.

Putin həmçinin Rusiya tərəfinin İran, Körfəz ölkələri, İsrail və ABŞ ilə fəal təmasları davam etdirmək niyyətini təsdiqləyib.

Tramp isə öz növbəsində Ukraynadakı münaqişənin başa çatmasına gətirib çıxaracaq razılaşmanın tezliklə imzalanacağını düşündüyünü bildirib.

Tahir TAĞIYEV

Chosen
71
4
baki-xeber.com

10Sources