EN

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 1,5 saatdan çox davam edən növbəti telefon danışığı aparıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinq zamanı məlumat verib.

Prezidentlərin ünsiyyəti dostluq ruhunda keçib, səmimi və işgüzar olub. Tamamilə başa düşüləndir ki, Vladimir Putin ilk növbədə ABŞ prezidentinə dəstək sözlərini ifadə edib. Bu, aprelin 25-də “Washington Hilton” mehmanxanasında ona qarşı edilən sui-qəsd cəhdi ilə bağlıdır. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar", — deyə Uşakov bildirib.
 

Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində Trampa Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib.


"Amerika lideri bu təşəbbüsü dəstəkləyib", - deyə Uşakov qeyd edib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.

Bizim.Media

Chosen
53
10
bizim.media

10Sources