EN

Putinlə Tramp 1,5 saat danışdı – Putin atəşkəsə hazır olduğunu dedi

Putinlə Tramp arasında növbəti telefon danışığı baş tutub və söhbət təxminən bir saat yarım davam edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa qarşı baş vermiş sui-qəsd cəhdini pisləyib və ona dəstəyini ifadə edib.

Tərəflər danışıqlar zamanı İran və Ukrayna ilə bağlı vəziyyəti, həmçinin mümkün atəşkəs perspektivlərini müzakirə ediblər. Tramp isə razılaşmanın yaxın olduğunu bildirib.

Bundan əlavə, görüşdə Qələbə gününün ildönümü ərəfəsində mümkün atəşkəs məsələsi də gündəmə gətirilib. Putin Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib. Tramp bu təşəbbüsü dəstəkləyib.

Söhbətin sonunda liderlər əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Musavat.com

Chosen
47
39
musavat.com

10Sources