EN

Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxır - Neft bazarı çökəcək?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+-dən çıxmaq qərarı Yaxın Şərq dövlətləri arasında fikir ayrılığına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, "Qərar Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqlarına və münaqişənin yaratdığı gərginliyə əsaslanır".

Qeyd olunur ki, nəticə etibarilə, yaxın gələcəkdə qlobal bazarda neft tədarükünün artması mümkündür, çünki BƏƏ təşkilatdan çıxdıqdan sonra OPEC tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə tabe olmadan istehsal gücünü artıracaq.

“Reuters” agentliyi aprelin 28-də BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxacağını bildirmişdi. Ölkənin mayın 1-də təşkilatlardan çıxması planlaşdırılır.

Chosen
77
16
publika.az

10Sources