EN

Qaxda canavarlar qoyun sürüsünə hücum edib, 5 heyvan tələf olub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax, 28 aprel, AZƏRTAC

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş heyvanı parçalayıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, günün ikinci yarısında rayonun Meşəbaş kəndi ərazisində qoyun sürüsünə canavarların hücumu qeydə alınıb. Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşı Rövşənə məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Çobanların səs-küy salmasına baxmayaraq, canavarlar 3 baş qoyunu sürüdən aparıb, daha 2 qoyunu isə yerindəcə parçalayaraq tələf edib. Təsərrüfat sahibinin sözlərinə görə, hadisə zamanı qoyunları otaran 2 nəfər olsa da, bütün cəhdlərə baxmayaraq, canavarların hücumu zamanı heç nə edə bilməyiblər.

Elşən Omarovun sözlərinə görə, canavar hücumu nəticəsində onlara 1600-1700 manat zərər dəyib. Zərərçəkmiş onu da əlavə edib ki, hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat veriblər.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
1
azertag.az

2Sources