AZ

Qaxda canavarlar qoyun sürüsünə hücum etdi

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş heyvanı parçalayıb.
ONN media xəbər verir ki, günün ikinci yarısında rayonun Meşəbaş kəndi ərazisində qoyun sürüsünə canavarların hücumu qeydə alınıb. Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşı Rövşənə məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Çobanların səs-küy salmasına baxmayaraq, canavarlar 3 baş qoyunu sürüdən aparıb, daha 2 qoyunu isə yerindəcə parçalayaraq tələf edib. Təsərrüfat sahibinin sözlərinə görə, hadisə zamanı qoyunları otaran 2 nəfər olsa da, bütün cəhdlərə baxmayaraq, canavarların hücumu zamanı heç nə edə bilməyiblər.
Elşən Omarovun sözlərinə görə, canavar hücumu nəticəsində onlara 1600-1700 manat zərər dəyib. Zərərçəkmiş onu da əlavə edib ki, hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat veriblər
Seçilən
23
1
onn.az

2Mənbələr