EN

Davit Volkov Azərbaycan Premyer Liqasında 60 cı qolunu vurdu

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXIX turunun "Turan Tovuz"la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub. Azərbaycan çempionatında 2018/2019 mövsümündə debüt edən Volkov ölkəmizdəki ilk klubu "Qəbələ"də 7 (27 oyunda), "Sabah"da 16 (63 oyunda) qola sevinib.

Gürcü forvard "Zirə"də 37 dəfə (108 oyunda) fərqlənib. Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
51
8
sportal.az

10Sources