“İmişli”nin hücumçusu Dioqo Almeyda “Turan Tovuz”a keçə bilər. Tovuz təmsilçisi portuqaliyalı forvardın keçidində maraqlıdır.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçu özü “Turan Tovuz”da oynamağa razıdır.
Lakin mərkəz hücumçusunun keçidinə klubu da icazə verməlidir.
Belə ki, Almeydanın “İmişli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
“Turan Tovuz” portuqaliyalının keçidinə görə klubunu da razı salmalıdır.
Dioqo karyerası ərzində “Pakoş Ferreyra”, “Benfika”B, “Sportinq Kovilya”, “Mafra”, “Akademika Vizeu” klublarında oynayıb.
saytlarin hazirlanmasi