Birincisi, strateji tərəfdaş olan dövlətlərimiz arasında dostluğa söykənən münasibətlər artıq ikitərəfli səviyyəni aşaraq region və dünya işlərini əhatə edir. Dövlət başçımız dedi: "Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır."
İkincisi, məlumdur ki, ölkələr arasında münasibətlərin davamlılığından ötrü maddi təməllər, onları bir-birinə bağlayan bağlar mütləq möhkəm olmalıdır. Cənab Prezidentimizin dediyi "ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq" sözləri ölkələrimiz arasında idxal və ixracda tarazlığın yaradılmasına, deməli, qarşılıqlı asılılığı möhkəmləndirməyə hədəflənib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə ticarət, enerji ehtiyatları ilə yanaşı digər sahələrdə də əməkdaşlığı görəcəyik. Keçirilən biznes-forum da ona xidmət edir. Dünya bazarlarına öz enerji ehtiyatlarını ixrac edən etibarlı ölkə olan Azərbaycandan idxal etdiyi neftin 42%-ini alan Çexiya indi də Azərbaycan qazına ehtiyac duyur.
Üçüncüsü, iki ölkə arasında önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Çexiyadan hərbi təyinatlı məhsulların alışı ilə yanaşı bundan sonra birgə istehsala da başlanılacaqdır.
Azərbaycan dünya üçün vazkeçilməz ölkəyə çevrilib. Buna isə təkcə əlverişli coğrafi-siyasi mövqe, ərazi, əhali və təbii sərvətlərlə nail olmaq mümkün deyildir. Başlıca amil Liderin üstün zəkası ilə müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsidir..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31