Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbətiböyük yaradıcılıq platforması olan “Dizayn Həftəsi”nə startverilib.
Trend xəbərverir ki, aprelin 27-dən mayın 1-dək davam edəcək layihəçərçivəsində ustad dərsləri, panel müzakirələr, sərgilər, açıq qapıgünləri, performanslar və yekun təqdimat tədbirlərikeçiriləcək.
AzMİU-nun Dizayn fakültəsinin təşkilatçılığı ilə reallaşan“Dizayn Həftəsi” bu il xüsusi əhəmiyyət daşıyır. Belə ki, tədbirPrezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elanolunmuş “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilir vəBakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu – WUF13ərəfəsində gənclərin yaradıcılıq potensialının ortaya çıxarılmasınaxidmət edir.
Layihənin əsas məqsədi tələbələri müasir dizayn düşüncəsi,qlobal yaradıcılıq trendləri, texnologiya əsaslı həllər vədayanıqlı şəhər mühiti anlayışları ilə yaxından tanış etməkdir. Bubaxımdan “Dizayn Həftəsi” təkcə fakültədaxili tədbir deyil, həm dəgələcəyin şəhərlərinin estetik və funksional baxışlarınınformalaşdırıldığı intellektual platformadır.
Bu istiqamətdə AzMİU-nun beynəlxalq nailiyyətləri də diqqətçəkir. Universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşıuniversitetlərinin reytinqində ilk dəfə yer alaraq Dizayn sahəsiüzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə 250 ən yaxşıali təhsil müəssisəsindən biri kimi çıxış edib ki, bu dauniversitetdə formalaşmış güclü akademik mühitin və yaradıcı təhsilmodelinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Tədbirin proqramı zənginliyi ilə seçilir. İlk gün “Ustaddərsləri günü” çərçivəsində qrafik və media dizaynı, mühit dizaynı,təsviri incəsənət, dekorativ-tətbiqi sənət və interyeristiqamətləri üzrə tanınmış müəllimlər, praktik mütəxəssislər vəyaradıcı şəxslər tələbələrlə görüşəcək. Müasir qrafik dizaynda süniintellektin təsiri, rəqəmsal yaradıcılıq, kompozisiya strukturları,modul və mobil mebel sistemləri, yaşıl memarlıq yanaşmaları kimiaktual mövzular müzakirə olunacaq.