Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.BUTA.TV xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada - 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.