AZ

Salyanda ağır qəza: Bir nəfər həyatını itirib

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı "Qazel"-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
6
50
far.az

10Mənbələr