EN

Buraxılış imtahanından qayıdan şagirdləri aparan mikroavtobus qəzaya düşdü

Buraxılış imtahanından qayıdan şagirdləri aparan mikroavtobus qəzaya düşüb.

Hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib. Buraxılış imtahanından qayıdan 9-cu sinif şagirdlərini daşıyan mikroavtobus digər avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan şagirdlərin sayı dəqiqləşdirilir. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Chosen
55
2
teleqraf.com

3Sources