Buraxılış imtahanından qayıdan şagirdləri aparan mikroavtobus qəzaya düşüb.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib. Belə ki, buraxılış imtahanından qayıdan 9-cu sinif şagirdlərini daşıyan mikroavtobus digər avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan şagirdlərin sayı dəqiqləşdirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.