EN

İranda məhv edilmiş ABŞ hərbi texnikası nümayiş etdirildi - VİDEO

İranda Şahreza şəhəri yaxınlığında məhv edildiyi bildirilən ABŞ hərbi texnikasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, İran mediası həmin texnikanın son hərbi əməliyyatlar zamanı sıradan çıxarıldığını iddia edir.
 

Yayılan kadrlarda ağır zədələnmiş hərbi texnikanın platforma üzərində daşındığı görünür. Texnikanın üzərinə İran bayrağı sancılıb. Hadisə yerində mülki şəxslərin və təhlükəsizlik əməkdaşlarının olduğu müşahidə olunur.


İran tərəfi bildirir ki, texnika Şahreza rayonu istiqamətində məhv edilib. Bununla belə, görüntülərdə texnikanın hansı şəraitdə vurulduğu və konkret hansı hərbi bölməyə aid olduğu barədə əlavə rəsmi məlumat verilmir.

Kadrlarda texnikanın tamamilə yanmış və deformasiyaya uğramış vəziyyətdə olduğu görünür. İran mediası bunu ABŞ-a məxsus hərbi texnika kimi təqdim edir.

Hadisə ilə bağlı ABŞ tərəfinin mövqeyi hələlik açıqlanmayıb.


Bizim.Media

Chosen
20
1
bizim.media

2Sources