ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda baş verən atışma hadisəsinin Amerikanın İrana qarşı hərbi əməliyyatı ilə əlaqəli olduğuna şübhə ilə yanaşır.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, hadisədən sonra keçirilən mətbuat konfransında danışıb.
Â
"Belə düşünmürəm, amma heç vaxt dəqiq bilmək olmaz", - Amerika lideri jurnalistlərin sualını cavablandırarkən bildirib.
Â
D.Tramp, həmçinin atəş açan şəxsin hədəfi ola biləcəyi ehtimalını da istisna etməyib.
Â
Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda hay-küy qopub, sonra atəş səsi eşidilib və bunun ardınca çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.