AZ

Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda baş verən atışma hadisəsinin Amerikanın İrana qarşı hərbi əməliyyatı ilə əlaqəli olduğuna şübhə ilə yanaşdığını bildirib.

Moderator.az-ın məlumatına görə, o, bu barədə hadisədən sonra keçirilən mətbuat konfransında bildirib.

"Belə düşünmürəm, amma heç vaxt bilmirsən", - Amerika lideri jurnalistlərin sualını cavablandırarkən bildirib.

Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər, sonra atəş səsi eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Seçilən
0
5
moderator.az

6Mənbələr