sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosun Sport24.az-a müsahibəsi - Milsi Premyer Liqasının 29-cu turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə üçün nə çatmadı?- Komanda olaraq birləşməliyik. Yalnız bu vəziyyətdə mövcud durumu dəyişə bilərik. - Mövsümə yaxşı başlasanız da, sonradan eniş yaşadınız. Səbəbi nədə görürsən?- Demək çətindir. Bu, futboldur. Çempionatdakı bütün komandalar yaxşı mübarizə aparırlar. Bizim də yaxşı kollektivimiz var. Mövsüm çətin keçir. Hələ yarış bitməyib. Oyunlarımız var. - Komandanın hədəflərinin olmaması sanki "Qəbələ" ilə matçda hiss olunurdu…- Daha çox diqqətli oynamağa çalışırdıq. Rəqib birinci qolu vurandan sonra hər şey daha çətin oldu. Səfərdən bir xalla qayıdırıq. Daha dörd oyunumuz var.- Gələcək karyeranızla bağlı nə düşünürsünüz. Komandada qalacaqsan?- Bu klubda daha dörd oyunum var. "Araz-Naxçıvan"ın formasını geyinmək şərəfdir. Hələlik müqaviləm davam edir. Dörd oyunu düşünməliyəm. Qalsam, xoşbəxt olaram. Qalmasam da, bu komanda üçüj əlimdən gələni etdim.- Adınız "Turan Tovuz"la hallanır…- Beş ildir ki, Azərbaycandayam. Hər il bütün komandalarda mənim adımı çəkirlər. Onlarla danışmamışam.- "Araz-Naxçıvan"la danışıq olub?- Xeyr. Klub prezidenti ilə danışmamışam. Ona hörmətim var. Qalmaq alınsa, xoşbəxt olaram. Ayrılsam da, əlimdən gələni etdiyimi düşünürəm.- Ümumiyyətlə Azərbaycanfa qalmaq istəyirsən?- Bəli. Başqa ölkələrin komandaları da mənimlə maraqlanırlar. Asiya və Ərəb ölkələridir. Biz ailəmlə Azərbaycana öyrəşmişik. Burada yaşadığım müddətdə həmişə razı qalmışam.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.