AZ

Felipe Santos: Başqa ölkələrin komandaları da mənimlə maraqlanırlar

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosun Sport24.az-a müsahibəsi - Milsi Premyer Liqasının 29-cu turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə üçün nə çatmadı?- ⁠Komanda olaraq birləşməliyik. Yalnız bu vəziyyətdə mövcud durumu dəyişə bilərik. - Mövsümə yaxşı başlasanız da, sonradan eniş yaşadınız. Səbəbi nədə görürsən?- ⁠Demək çətindir. Bu, futboldur. Çempionatdakı bütün komandalar yaxşı mübarizə aparırlar. Bizim də yaxşı kollektivimiz var. Mövsüm çətin keçir. Hələ yarış bitməyib. Oyunlarımız var. - Komandanın hədəflərinin olmaması sanki "Qəbələ" ilə matçda hiss olunurdu…- ⁠Daha çox diqqətli oynamağa çalışırdıq. Rəqib birinci qolu vurandan sonra hər şey daha çətin oldu. Səfərdən bir xalla qayıdırıq. Daha dörd oyunumuz var.- Gələcək karyeranızla bağlı nə düşünürsünüz. Komandada qalacaqsan?- ⁠Bu klubda daha dörd oyunum var. "Araz-Naxçıvan"ın formasını geyinmək şərəfdir. Hələlik müqaviləm davam edir. Dörd oyunu düşünməliyəm. Qalsam, xoşbəxt olaram. Qalmasam da, bu komanda üçüj əlimdən gələni etdim.- Adınız "Turan Tovuz"la hallanır…- ⁠Beş ildir ki, Azərbaycandayam. Hər il bütün komandalarda mənim adımı çəkirlər. Onlarla danışmamışam.- "Araz-Naxçıvan"la danışıq olub?- ⁠Xeyr. Klub prezidenti ilə danışmamışam. Ona hörmətim var. Qalmaq alınsa, xoşbəxt olaram. Ayrılsam da, əlimdən gələni etdiyimi düşünürəm.- Ümumiyyətlə Azərbaycanfa qalmaq istəyirsən?- ⁠Bəli. Başqa ölkələrin komandaları da mənimlə maraqlanırlar. Asiya və Ərəb ölkələridir. Biz ailəmlə Azərbaycana öyrəşmişik. Burada yaşadığım müddətdə həmişə razı qalmışam.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
sport24.az

1Mənbələr