EN

“Zaur Kamal efirdə olmayacaq” ARB nin direktor müavini Yenilənib

ain.az, Axsham.az saytına istinadən bildirir.

ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal yenidən efirə qayıdacaq.

Axşam.az Manset.az-a istinadən xəbər verir ki, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələlik bəlli olmayan proqramla efirə çıxacaq.

Teleaparıcının “Həmin Zaur” layihəsinin adı dəyişdirilərək, başqa adla təqdim ediləcək.

Zaur Kamal  da məsələ barədə açıqlama verib: “Mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq”.

Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb. Buna səbəb kimi həmin proqramların bayağılığı və etik normalara uyğunsuzluğu göstərilib.

***

"Zaur Kamalın sizə verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq".

Bu sözləri Manset.az-a açıqlamasında ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva bildirib. 

"Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
7
axsam.az

4Sources