ARB TV-nin məşhur aparıcısı Zaur Kamal mayın 4-də yenidən efirə qayıdacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələ ki bəlli olmayan proqramla efirə çıxacaq.
Teleaparıcının "Həmin Zaur" layihəsinin adı dəyişdirilərək başqa adla efirə qayıdacaq.
Bu barədə Manset.az-a eksklüziv açıqlamasında Zaur Kamal faktı təsdiq edib.
"İnşallah, mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq".