EN

"Zaur Kamal sizə yanlışlıqla açıqlama verib" - ARB-nin direktor müavini

"Zaur Kamalın sizə verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq".


Bu sözləri Manset.az-a açıqlamasında ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva bildirib. 

"Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".

Qeyd edək ki, Zaur Kamal özü Manset.az-a eksklüziv açıqlama verərək efirə qayıdacağını bildirmişdi. Onun açıqlaması ilə bağlı səs yazısı portalımızın arxivindədir.

Bundan əlavə, aparıcı öz sosial şəbəkə hesabında video paylaşmışdı.

Chosen
18
manset.az

1Sources