"Zaur Kamalın sizə verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq".
Bu sözləri Manset.az-a açıqlamasında ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva bildirib.
"Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".
Qeyd edək ki, Zaur Kamal özü Manset.az-a eksklüziv açıqlama verərək efirə qayıdacağını bildirmişdi. Onun açıqlaması ilə bağlı səs yazısı portalımızın arxivindədir.
Bundan əlavə, aparıcı öz sosial şəbəkə hesabında video paylaşmışdı.