EN

“Əlaçı” televiziya layihəsinin Şəkidə keçirilən seçim turunda 150 şagird biliyini sınayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan seçim turunda Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərində təhsil alan 150 şagird iştirak edib.

Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri və dünyagörüşü əhatə edən suallar təqdim olunub. Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.

Layihənin məqsədi istedadlı yeniyetmələri üzə çıxarmaq və onların intelektual inkişafını stimullaşdırmaqdır.

Müxbir – Mustafa Dadaşov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
azertag.az

1Sources