EN

Nizamnamədə üzvlərin xaric edilməsinə icazə verən müddəa yoxdur

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun nizamnaməsində üzv ölkələrin xaric edilməsinə icazə verən heç bir müddəa yoxdur.

Azpost.info bildirir ki, bu barədə BBC-yə verdiyi müsahibədə NATO sözçüsü deyib.

Sözçü bunu ABŞ-ın İran müharibəsi ilə bağlı mövqeyinə görə İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmağa çalışa biləcəyi barədə məlumatları şərh edərkən vurğulayıb.

Reuters əvvəllər ABŞ rəsmisinə istinadən Pentaqonun daxili yazışmalarında İran müharibəsini dəstəkləməyən müttəfiqləri cəzalandırmaq üçün tədbirlər təklif olunduğunu, o cümlədən İspaniyanın alyansdakı üzvlüyünün dayandırılmasını və ABŞ-ın Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı mövqeyinin yenidən nəzərdən keçirilməsini bildirmişdi.

Agentliyə yazışmanı açıqlayan rəsminin sözlərinə görə, e-poçtda təklif olunan variantlardan biri “problemli” ölkələrin mühüm və ya nüfuzlu NATO mövqelərindən çıxarılmasını əhatə edir.

BBC-yə verdiyi müsahibədə NATO sözçüsü təşkilatın təsis müqaviləsində NATO üzvlüyünün dayandırılması və ya alyansdan xaric edilməsi ilə bağlı müddəaların olmadığını bildirib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
azpost.info

2Sources