EN

İran XİN başçısı regiona səfərə çıxır

İranın xarici işlər naziri Abbas Əraqçi regionda baş verən son hadisələri müzakirə etmək üçün yaxın vaxtlarda İslamabad, Maskat və Moskvaya səfər etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, ilk səfər 24 aprel axşamı İslamabada həyata keçiriləcək. Səfərlər çərçivəsində Əraqçi Pakistan, Oman və Rusiya tərəfləri ilə Yaxın Şərqdəki son hadisələri və İran-ABŞ münaqişəsi üzrə mövcud vəziyyəti müzakirə etməyi planlaşdırır.

Daha əvvəl “Al Arabiya” telekanalı və Pakistanın dövlət televiziyası İran xarici işlər nazirinin İslamabada səfər edərək ABŞ nümayəndələri ilə danışıqların ikinci raundunda iştirak edə biləcəyi barədə məlumat yaymışdı.

Chosen
54
1
konkret.az

2Sources