Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Norveç hökuməti 16 yaşdan aşağı uşaqların sosial mediaya çıxışının qadağan edilməsinə dair hazırlıqlara başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Jonas Gahr Stor Norveçdə yayımlanan NRK telekanalına verdiyi açıqlamada bildirib ki, sosial medianın uşaqlar üzərində mənfi təsirini azaltmaq məqsədilə hazırlanacaq qanun layihəsi il ərzində parlamentə təqdim olunacaq.
Onun sözlərinə görə, sənəd parlamentdən keçərsə, gələn ildən qüvvəyə minəcək.
Hökumətin 16 yaşdan etibarən uşaqlara sosial mediadan istifadə icazəsi verilməsi istiqamətində iş apardığını xatırladan Stor qeyd edib ki, bu tənzimləmə ilə həmin yaş qrupundakı uşaqların sosial mediadan eyni vaxtda istifadə etməsi mümkün olacaq.
Belə ki, qanun layihəsinə əsasən 16 yaşdan aşağı uşaqların sosial media hesabı açmasına icazə verilməməsi planlaşdırılır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.