Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Yaxın Şərqdəki münaqişə nəticəsində sursat ehtiyatlarının azalması fonunda hərbi gücünü hansı istiqamətdə daha fəal dəstəkləməli olduğu ilə bağlı “çətin seçim” etməli olacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mark Kensian bildirib ki, ABŞ ümumilikdə kifayət qədər sursata malik olsa da, quru əməliyyatları və raketdən müdafiə üçün həyati əhəmiyyət daşıyan bəzi döyüş sursatları hələ müharibədən əvvəl də çatışmırdı və hazırda vəziyyət daha da pisləşib.
"NYT"nin məlumatına görə, hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığı ABŞ Silahlı Qüvvələrinin Asiya regionundakı döyüş hazırlığına mənfi təsir göstərə bilər.
Bundan əvvəl "The Wall Street Journal" yazmışdı ki, ABŞ İranla müharibə zamanı 1 000-dən çox uzaqmənzilli “Tomahawk” raketi, həmçinin THAAD və “Patriot” daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün 1 500–2 000 arası həyati əhəmiyyətli raket-interseptor sərf edib. Qəzetin məlumatına görə, bu ehtiyatların tam bərpası altı ilə qədər vaxt apara bilər.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.